Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Evdən 60 min manatlıq qızıl oğurlandı - Xidmətçi saxlanıldı

Evdən 60 min manatlıq qızıl oğurlandı - Xidmətçi saxlanıldı

Nizami rayonu ərazisində mənzillərin birindən 60 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə 24-cü Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən (DİN)  verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla oğurluğun həmin evdə xidmətçi işləyən qadın tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib və o saxlanılıb.

Onun həmin qızıl-zinət əşyalarını müxtəlif vaxtlarda evdən hissə-hissə oğurlaması məlum olub.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanılıb.