Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Səndə ölüm cadusu var” deyib, 9 milyon manatını ələ keçirib

“Səndə ölüm cadusu var” deyib, 9 milyon manatını ələ keçirib İşsizlik müavinəti ilə yaşayan Serkan Ö adlı şəxs, özünü falçı kimi təqdim edəndən sonra N.B adlı qadını aldadıb.    AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Almaniyanın Münhen şəhərində baş verib.    Serkan əvvəlcə qadının ailə məlumatlarını əldə edib, daha sonra "cin çıxarmaq” adı ilə 175 milyon lirə( təxminən 9 milyon AZN) alıb.    Falçı həmin qadına həyat yoldaşının ailəsi tərəfindən cadu edildiyinə inandıırıb.     İddiaya görə, seanslar zamanı N.B-yə dərmanlı su verən Serkan Ö, fürsətdən istifadə edərək, bədbəxt qadını özündən çıxarıb və ailəsi ilə bağlı bütün şəxsi məlumatları ona danışmasını istəyib.     Digər seanslarda öyrəndiyi məlumatları N.B.-yə çatdıran Serkan Ö. Tezliklə bədbəxt qadının etibarını qazanıb.    Bildirilib ki, N.B 6 il ərzində şirkətindən və şəxsi hesablarından Serkan Ö.-yə 5 milyon avroya yaxın pul köçürüb.