Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Pul verib mahnı almışam. İndi özü oxuyub” - MAHNI QALMAQALI - VİDEO

“Pul verib mahnı almışam. İndi özü oxuyub” - MAHNI QALMAQALI - VİDEO

"Mürsəl Səlimovun bəstələrini hər zaman sevmişəm. Ona görə də elə ondan mahnı oxumaq istədim. "Sevdim səni" mahnısı üçün Mürsələ 1500 manat pul ödəmişəm. Əlavə də aranjiman və mahnının hazırlanmasına 2000 manat ödəmişəm. Bir də görürəm ki, mənə satdığı mahnı Mürsəlin ifasında tiktokda paylaşılıb".

SHOWNEWS.AZ xəbər verir ki, bu açıqlamanı "Azərbaycanın səsi" yarışmasının iştirakçısı, müğənni Nicat Yunisbəyli (Nicat Niko) edib. O, bəstəkar-müğənni Mürsəl Səlimovun onu aldatmaqda ittiham edib.

"Bu işdə Mürsəl tək deyil. İş adamı Emin Hüseynov, daha çox "Guseynoff" kimi tanınan şəxsin də əli var. İkisi əlbir olub birlikdə plan qurublar. Mahnımı yenidən icazəsiz oxuyub. Mən milyonçu müğənnilərdən deyiləm. O pulu mən çətinliklə tədbirlərdə çıxış edərək yığmışam. Gənc müğənnilər məni yaxşı başa düşər. 3500 manat az pul deyil".


Nicat Yunisbəyli mahnı üçün verdiyi pulu geri tələb etdiyini bildirib.

"Artıq oxunub. Yutuba da qoyublar. Uğur da qazanır. Mən pulumu istəyirəm. Düşündüm yeni mahnı versin. Amma belə halda o mənə uğursuz mahnı verəcək. Ona görə də, pulumu istəyirəm".

Mahnının ilk ifaçısı həmçinin iş adamı Emin Hüseynov tərəfindən şantaj olunduğunu bildirib:

"Emin öncə yalnış etdiklərini etiraf etdi. Bunu Mürsəl Səfərovun ona mahnını göndərib paylaşdığını dedi. Mürsəl isə Eminin üstünə atırdı. Emin pulu ödəyəcəyini desə də, sonradan pulu ödəməkdən imtina etdi. Adını çəksəm, məni məhkəməyə verməklə hədələdi".